Azərbaycanda keçiriləcək Avropa Çempionatının loqosu İspaniyada təqdim olundu

Baxış sayı: 3. 031 dəfə baxılıb.

Azərbaycanda keçiriləcək Avropa Çempionatının loqosu İspaniyada təqdim olundu

İspaniyanın Quadalaxara şəhərində Avropa Karate Federasiyasının (EKF) növbəti konqresi keçirilib. Qitənin 51 ölkəsindən karate rəsmilərinin iştirakı ilə konqresdə ötən dövrün hesabatları dinlənib, qarşıdakı qitə çempionatınadək planlar müzakirə olunub.  

 Azərbyacan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov, vitse-prezident Rəhman Hətəmov və baş katib Mirhəsən Seyidov konqresdə iştirak ediblər.

 Konqresi giriş sözü ilə açan EKF-in prezidenti Antonio Espinos cari məsələlərlə yanaşı, karatenin Yay Olimpiya Oyunlarının proqramında qalması istiqamətində işlər aparıldığını söyləyib. Konqresin gündəliyinə əsasən 2020-ci ildə böyüklərin 55-ci Avropa çempionatının təqdimat mərasimi olub.

  AMKF-in prezidenti Yaşar Bəşirov çıxışında Azərbaycanda beynəlxalq yarışların yüksək səviyyədə təşkil edildiyini, digər idman növləri ilə yanaşı karateyə də dövlət tərəfindən böyük dəstək göstərildiyini diqqətə çatdırıb. Y.Bəşirov, EKF-in prezidenti Antonio Espinosun söylədiyi kimi Tokio 2020 Olimpiadasının proqramına daxi edilməsində, Azərbaycan prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev tərəfindən karatenin Avropa Oyunlarına salınması təşəbbüsünün böyük dəstəyi olduğunu nəzərə çatdırıb.

  Federasiya prezidenti digər ölkələrin rəsmilərinə 55-ci Avropa çempionatı ilə bağlı ətraflı məlumat verilib, məsul yarışa hazırlıq işlərinin aparıldığını deyib. A.Espinos 2012-ci ildə Yeniyetmə və Gənclərin qitə çempionatını yüksək səviyyədə təşkil edən Azərbaycanın, növbəti ciddi sınaqdan da uğurla çıxacağına inandığını söyləyib.   

Həmin gün həmçinin EKF-in İcraiyyə Komitəsinin yığıncağı olub. EKF-in İcraiyyə KOmitəsinin üzvü Yaşar Bəşirov tədbirdə işitrak edib. İclasın gündəliyindəki məsələlər müzakirə olunub, müəyyən məsələlərin həlli yolları araşdırılıb.