9e93eeb0-17bc-40ac-9169-c5f69fb695e6..jpg

Azərbaycanda keçiriləcək növbəti Beynəlxalq Müdafiə Sərgisinin tarixi AÇIQLANDI

Baxış sayı: 883 dəfə baxılıb.

Azərbaycanda keçiriləcək növbəti Beynəlxalq Müdafiə Sərgisinin tarixi AÇIQLANDI

Azərbaycanda keçiriləcək növbəti Beynəlxalq Müdafiə Sərgisinin (ADEX) tarixi
məlum olub.

“Report”un xəbərinə görə, sayca 5-ci müasir silah və texnika sərgisi 2024-cü
il sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində baş tutacaq.

Sərgidə 20-dən çox ölkənin silah və texnikalarının nümayişi nəzərdə tutulub.

Qeyd edək ki, ötən il keçirilən 4-cü beynəlxalq sərgidə Türkiyə, Rusiya,
Belarus, Hindistan, Almaniya, İspaniya, Bolqarıstan, İsrail, İsveç, Belçika,
Pakistan, Fransa, Qazaxıstan, İran, Ukrayna, Finlandiya, İordaniya, Kipr, Çin,
ABŞ, İtaliya, Sinqapur şirkətləri iştirak edib.

Source link