78d01d29-b951-470d-9553-192248417a23..jpg

Azərbaycanda kişi birgə yaşadığı qadını öldürdü – VİDEO

Baxış sayı: 822 dəfə baxılıb.

Azərbaycanda kişi birgə yaşadığı qadını öldürdü – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda kişi “Instagram”da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib.

Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir)
“Instagram”da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT
mütəxəssisi kimi təqdim etmişdi.

Ayan işdən sonra Tahirlə restoranda görüşür. Tahir Ayana qarşı hisslərinin
ciddi olduğunu deyir. Elə Ayanın da Tahiri bəyənməsi aralarında sevgi
macərasının başlanğıcına səbəb olur.

Bu görüşdən sonra Ayan axşam Tahiri evinə dəvət edir və onlar intim
münasibətdə olurlar.

Növbəti günün səhəri Tahir işinə, yəni avtoservisə gedir. O, işlədiyi bu
emalatxanada Ayandan gizlətdiyi gündəlik həyatını yaşayırdı. Ayan istirahət
günü olduğu üçün işə getmədi, Tahiri səbirsizliklə gözləyirdi. Tahir işdə boş
vaxt tapan kimi ona sevgi mesajları yazırdı.

Həmin axşam Tahir yenidən Ayangilə gedir. Ofis işindən çox yorulduğunu və
kompüterdə müəyyən proqramlar yazdığını deyir. Ayan isə onun yalanlarına
inanır, ona getdikcə daha çox bağlanır.

Onlar bir neçə həftə idi ki, birlikdə yaşayırdılar. Bir gün Tahir Ayanın
çarpayısının altında pul görür. O, pulun nə üçün olduğunu soruşduqda Ayan
“Maşın almağa pul yığıram” cavabını verir və dərhal pulu onun əlindən alıb geri
qoyur. Beləliklə, bu pul Tahirin beynində başqa qığılcımlar oyadır.

Ertəsi gün işdə Tahir yalnız bu pul haqqında düşünür, Ayanın pulu öz zəhməti
ilə yığdığını dərk etsə də, bu fikir ona rahatlıq vermir. Nahar vaxtı iş
yoldaşı ilə söhbət edərkən “Kasıb yaşamaqdan bezmişəm” deyir. Həmkarı isə
“Varlanmaq üçün risk etmək lazımdır” deyir və bu sözlər Tahiri Ayanın yığdığı
pullar barədə yenidən düşünməyə vadar edir.

Gecə yarısı onlar şəhərin gecə klublarından birinə gəlirlər, içki içib rəqs
edirlər. Daha sonra evə qayıdırlar. Tahir əvvəldən planlaşdırdığı kimi naqillə
Ayanı boğaraq qətlə yetirir və onun maşın almaq üçün yığdığı pulu oğurlayaraq
evdən qaçır.

Ətraflı Baku TV-nin süjetində:


Source link