ffa2369e-2a79-480e-bcc0-a5cb2cc4ed90..jpg

Azərbaycanda kişi və qadınların orta aylıq əməkhaqqı fərqi aradan qaldırılacaq

Baxış sayı: 621 dəfə baxılıb.

Azərbaycanda kişi və qadınların orta aylıq əməkhaqqı fərqi aradan qaldırılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda kişi və qadınların orta aylıq əməkhaqqı fərqi aradan qaldırılacaq.

“Report”un xəbərinə görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Belə ki, respublikada kişi və qadınların orta aylıq əməkhaqqı fərqliliyinin
aradan qaldırılması istiqamətində məqsədyönlü islahatlar nəzərdə tutulub.

Beynəlxalq Əmək Təşkilatının ekspertləri tərəfindən ölkəmiz üçün qadınlarla
kişilərin orta aylıq əməkhaqqı səviyyələri arasındakı kəskin fərqliliyin
(2018-ci ildə qadınlar 360,8 manat, kişilər 670,2 manat, 2019-cu ildə qadınlar
443,4 manat, kişilər 764,8 manat, 2020-ci ildə qadınlar 525,6 manat, kişilər
830,2 manat, 2021-ci ildə qadınlar 552,2 manat, kişilər 851,7 manat) aradan
qaldırılması məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində və bu
Məcəllədən irəli gələn normativ hüquqi aktlarda müvafiq dəyişikliklər nəzərdə
tutulur.

Source link