bf9d0e13-a411-4512-964b-c51518adebf5..jpg

Azərbaycanda kişinin anasının başını kəsməsinin TƏFƏRRÜATI – YENİLƏNİB

Baxış sayı: 492 dəfə baxılıb.

Azərbaycanda kişinin anasının başını kəsməsinin TƏFƏRRÜATI – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmirdə baş verən dəhşətli cinayət hadisəsinin təfərrüatı məlum olub.

Bununla bağlı Redaktor.az-a danışan Şıxımlı kənd bələdiyyə sədri Əmrah Calalov
deyib ki, hadisəni törədən şəxs narkotik istifadəçisi olub:

“Anasının puluyla evdə yeyirdi, içirdi, yaşayırdı. Anasından satdığı yağın
pulunu istəyib, anası isə verməyib. Buna görə də anasının başını kəsib. Daha
sonra həyətə çıxaraq qonşunu bıçaqlayaraq öldürüb, səbəbsiz şəkildə. Hadisə
yerindən uzaqlaşaraq “köhnə bazar” deyilən yerə gedib. Orada da daha bir şəxsi
bıçaqlayıb, həmin şəxs hazırda xəstəxanadadır. Mən də hadisə yerindəyəm”.

14:00

Bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il
təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası 1949-cu il təvəllüdlü
Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi 1970-ci il təvəllüdlü Vüqar Davud
oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi 1980-ci il
təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan
məlumat verilib.

Qeyd edilib ki, hadisə nəticəsində N.Aliyeva və F.Şükürov ölüb, V.Məmmədov isə
müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Kürdəmir Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət
Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət
işi başlanıb, İ.Alıyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində
tutulub.

Hazırda ibtidai istintaq davam edir.

13:32

Kürdəmirdə dəhşətli qətl hadisəsi baş verib, oğul anasının başın kəsərək qətlə
yetirib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şıxımlı
kəndində qeydə alınıb.

İlkin məlumata görə, aralarında yaranan mübahisə zəminində Şıxımlı kənd sakini
İlham İsa oğlu Alıyev əvvəlcə anası Nəsibə Soltanəli qızı Aliyevanın başını
kəsib, sonra isə qonşusu Famil Oqtay oğlu Şükürovu qətlə yetirib, bir nəfəri
isə ağır yaralayıb.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Source link