31fa4b9d-93ec-48a6-be1f-21de5ff90cbe..jpg

Azərbaycanda klub prezidenti dələduzluqda ittiham olunur – TƏFƏRRÜAT

Baxış sayı: 784 dəfə baxılıb.

Azərbaycanda klub prezidenti dələduzluqda ittiham olunur – TƏFƏRRÜAT
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ağsu Siti” futbol klubunun prezidenti Rəmzi Eminli barəsindəki cinayət işinin
ibtidai istintaqı yekunlaşıb.

“Qaynarinfo” xəbər verir ki, iş baxılması üçün Nizami Rayon Məhkəməsinə
göndərilib və hakim Nəriman Mehdiyevin icraatına verilib. Məhkəmə prosesinin
vaxtı barədə məlumat yoxdur.

Rəmzi Eminli ötən ilin oktyabrında həbs edilib. İş materiallarına görə, “Ağsu
Siti”nin prezidenti “Aran” futbol klubunun rəhbərinə qarşı dələduzluq edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq – xeyli miqdarda
ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və Binəqədi Rayon
Məhkəməsinin qərarı ilə Rəmzi Eminli barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə Kərim İmran oğlu Axundov zərərçəkmiş qismində tanınıb. Lakin onun
“Aran” klubuna bağlılığı barədə məlumatlara rast gəlinmir.

“Ağsu Siti”yə gəlincə, klub Region Liqasının fəal iştirakçısı olub. Lakin ötən
mövsüm “Ağsu Siti” çempionatdan kənarlaşdırılıb. İddialara görə, Rəmzi Eminli
ilə futbolçular arasında problem yaranıb. Pullarını ala bilməyən oyunçular üç
matçda meydana çıxmayıblar. Bundan sonra AFFA klubu çempionatdan kənarlaşdırıb.

Rəmzi Eminlinin ittiham olunduğu maddədə 4 min manatdan 7 min manatadək
miqdarda cərimə və ya bir ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Source link