Azərbaycanda klubun baş məşqçisi cəzalandırıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ağdaş” klubunun baş məşqçisi Ruslan Hüseynov AFFA İntizam Komitəsi tərəfindən
cəzalandırılıb.
Bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, buna mütəxəssisin II Liqada XXII turun “Kür-Araz”a qarşı səfər
oyununun 49-cu dəqiqəsində hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə
aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.
İntizam Komitəsi Ruslan Hüseynovu 5 oyun cəzalandırıb. “Ağdaş” klubu isə 400
manat cərimə edilib.