976b1c73-a844-4647-96db-8ddaff27b297..jpg

Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir?

Baxış sayı: 667 dəfə baxılıb.

Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan uşaq ölümlərinin sayına görə keçmiş SSRİ-də üçüncü yeri tutur.

Bu barədə Bakı Araşdırmalar İnstitutu məlumat yayıb.

Məlumatda deyilir ki, 1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan
uşağa düşən ölüm sayı 109-dan 18-ə enib. Amma bununla belə uşaq ölümü sayına
görə ölkəmiz hələ də “yüksək pillə”lərdədir.

Ən çox uşaq ölümü qeydə alınan ölkələrə Türkmənistan başçılıq edir. Bu ölkədə
doğulan hər 1000 uşaqdan 41,4-i ölür. İkinci yerdə isə Tacikistan gəlir. Bu
ölkədə isə 1000 uşaqdan 31,4-ü vaxtsız dünyaşını dəyişir. Bu sahədə ən uğurlu
nəticə Estoniyaya məxsusdur- hər 1000 uşaqdan cəmisi 2-si tələf olur. Son
üçlüyü ilə Belarus (2,7) və Latviya (3,3) tamamlayır.

Bəs, ölkəmizdə uşaq ölümlərinin sayını necə azaltmaq olar?

Suala tanınmış həkim Abbas Bağırov aydınlıq gətirib. O, Bizim.Media-ya
açıqlamasında bildirib ki, beynəlxalq statistikalara görə müxtəlif amillərin
təsirindən yenidoğulmuşlar arasında ölüm hallarının olması qeyd edilə bilər:

“Doğuşayardım proqramları icra edilməyən əvvəlki dövrlərdə baş vermiş doğuşdan
sonrakı ölüm hallarının sayı daha aşağı faizlə göstərilirdi. Bununla belə,
hamiləliyin gedişatına daha ciddi nəzarət olunduğu, səhiyyə sisteminin maddi
texniki bazasının təkmilləşdirildiyi indiki vaxtda körpə ölümlərinin sayının
kəskin azalmaması xeyli narahatlıq doğurur.

Azərbaycanda yeni doğulan körpələrin ölüm faizini aşağı salmaq üçün kifayət
qədər imkanlar mövcuddur. Əvvəla onu qeyd etmək lazımdır ki, müasir gəncliyin
nigahaqədərki dövrdə fizioloji və psixoemosional inkişafında bir sıra boşluqlar
müşahidə olunur ki, bu da onların əksəriyyətini medikamentlərdən asılı
vəziyyətə gətirir.

Qidalanma (alimentar), təbiət (ekoloji) faktorları da onun üzərinə gəldikdə
istər perinatal (bətndaxili), istərsə də (postnatal) doğuşdan sonrakı dövrdə
uşağın inkişaf prosesi pozulmuş olur”.

Abbas Bağırov kliniki, immunogenetik və biokimyəvi göstəricilərin də xəstəlik
əlamətləri olduğunu söyləyib:

“Hamiləlik dövründə protokol qaydalarına əsasən bir sıra müayinələrin
aparılması zəruri hesab olunur. Buraya bir sıra infeksiyaların ayarlanması və
qanın hamiləliyin gedişatı üçün tələb olunan bəzi təhlilləri də buna aiddir.
İmmunitetin vəziyyətindən asılı olaraq keçici xarakterli bəzi immunogenetik
göstəricilər pozitiv çıxa bilər. Bu halda həkimlərimizin xəstəyə daha
professional yanaşmasına böyük ehtiyac yaranır.

Rast gəldiyimiz ən çox yayılan müalicə metodu kimi plazamaferez – el arasında
“qan yuma” deyilən prosedura üstünlük verilir. Hamilələr üçün əgər kritik
səviyyəni ifadə edən göstəricilər müşahidə olunmursa plazmaferez aparılması
ciddi fəsadlara – bətndaxili inkişaf qüsurlarına – anomaliyalara,
immunosupressiv (immun statusun aşağı düşməsi) vəziyyətlərə yol aça bilir”.

“Bu hallar dünyaya gələn körpələrin sağlamlıq və həyati durumu barədə ciddi
təhdid yaradır.
Əhali bilməlidir ki, plazamaferez zamanı dölün inkişafı üçün zəruri olan
komponentlər qandan ayrılıb kənara atılır ki, bu da bətndaxili inkişaf və
qidalanma problemləri yaradır.

Təkrarı plazmaferez prosedurları nəticəsində hamilə qadınların qanda zülal
fraksiyaları azalır bu hal dölün funksional sistemlərinin formalaşması üçün
yetərli deyil.

Eləcə də bu, gələcəkdə dünyaya göz açacaq körpənin həyatı üçün ən başlıca
təhlükələrdəndir. Göstərilən faktorlar və bir qədər də doğuşun aparılması
professionallığının tənzimlənməsində irəliləyişə nail olunsa, uşaq ölümlərinin
sayında ciddi azalma müşahidə oluna bilər. Həmçinin hamiləlik dövründə dərman
maddələrinin istifadəsini minimuma endirmək lazımdır”, – deyə həkim bildirib.

Source link