Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü
– VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan çempionatında növbəti danışılmış oyun “radar”a düşüb.
Bu barədə fanat.az-a UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi
Seymur Səlimli məlumat verib.
Qurum rəsmisi bu barədə qitə futbol təşkilatından və əməkdaşlıq etdikləri
“SportRadar” şirkətindən siqnal aldıqlarını çatdırıb:
“Çox təəssüf ki, danışılmış oyunlarla bağlı siqnallar gəlməkdə davam edir.
Hazırda yeni bir məlumatı sizinlə bölüşə bilərəm. Birinci Liqanın 18-ci turunun
bir oyununa Asiya ölkələrindən birində böyük məbləğdə mərc edilib. Söhbət MOİK
– “Difai Ağsu” matçından gedir. Bu oyunda dörd qol olacağına iddia edilib.
Aldığımız məlumat barədə hüquq-mühafizə orqanlarına rəsmi məlumat hazırlayırıq
və yaxın saatlarda təqdim edəcəyik. Araşdırmalar davam edir. Yəqin ki, gün
ərzində bu barədə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, sözügedən oyunda məhz dörd qol vurulub – görüş “hərbçilər”in 3:1
hesablı qələbəsi ilə yekunlaşıb. Bütün qollar ikinci hissədə qeydə alınıb.