00f23126-0aea-4644-a30d-9697b8b95ce0..jpg

Azərbaycanda ləğv prosesində olan bankın əmlakı 3 dəfə hərraca çıxarılıb

Baxış sayı: 647 dəfə baxılıb.

Azərbaycanda ləğv prosesində olan bankın əmlakı 3 dəfə hərraca çıxarılıb

Sentyabrın 28-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Qafqaz
İnkişaf Bankı” ASC-nin daşınmaz əmlakının satışı üzrə 3-cü dəfə açıq hərrac
keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə bankın ləğvedicisi – Azərbaycan Əmanətlərin
Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət “Qafqaz İnkişaf Bankı”na məxsus Bakı şəhəri, Xətai rayonu, İnqilab
İsmayılov küçəsi, 44 ünvanında yerləşən 0,8105 ha torpaq sahəsindən gedir.

Bankın daşınmaz əmlakına 2,55 milyon manat qiymət qoyulub.

Source link