Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi artırılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi artırılacaq.
“Trend”in məlumatına görə, bu barədə 2024-27-ci illər üzrə iqtisadi və sosial
inkişaf konsepsiyasının əsas prioritetlərində deyilir.
Qeyd edilib ki, ölkə üzrə məktəbəqədər təhsilin göstəriciləri inkişaf
etdiriləcək. Məktəbəqədər təhsilin məzmunu yenilənəcək, pedaqoji və idarəetmə
heyətinin peşəkarlığı artırılacaq. Məktəbəqədər təhsilin keyfiyyətinin təminat
sistemi yaradılacaq. Nəticədə məktəbəqədər təhsilə cəlb edilən 1-5 yaşlıların
payı 50%-ə çatdırılacaq.
Xatırladaq ki, məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil
sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə
alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir.
Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki,
yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafı, psixoloji
dayanıqlılığı, estetik tərbiyəsi, sadə əmək vərdişlərinə yiyələnməsi, ətraf
aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibəti, zəruri həyati
bacarıqlara yiyələnməsi və şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.