04c14266-0a39-4091-a846-c73a8cad1231..jpg

Azərbaycanda məktəb direktoru 19 min manatlıq mənimsəmədə şübhəli bilinir

Baxış sayı: 710 dəfə baxılıb.

Azərbaycanda məktəb direktoru 19 min manatlıq mənimsəmədə şübhəli bilinir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevirdə məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Mingəçevir Şəhər Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, Mingəçevir şəhər N.Gəncəvi adına 8 saylı tam orta məktəbdə baş
verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda
araşdırma aparılıb.

Araşdırma zamanı Mayisə Əliyevanın qeyd edilən təhsil müəssisəsində direktor
vəzifəsini icra etdiyi 2022-2023-cü illər ərzində məktəbin müəllimlərinə tədris
olunmayan dərs saatlarına görə əməkhaqqı ödənilməsi yolu ilə 19 min manatdan
artıq dövlət vəsaitini mənimsəməsi və ya israf etməsinə əsaslı şübhələr müəyyən
edilib.

Fakta görə Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və
179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla
mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq
aparılır.

Source link