31913a93-314b-42b4-a1cf-d8e568322a49..jpg

Azərbaycanda məktəbdə təhlükəli anlar: Şagirdlər təxliyə edildilər – VİDEO

Baxış sayı: 735 dəfə baxılıb.

Azərbaycanda məktəbdə təhlükəli anlar: Şagirdlər təxliyə edildilər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevirdə məktəbdə tüstülənmə baş verib.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, hadisə Mingəçevir şəhər 8 saylı tam orta
məktəbdə qeydə alınıb.

Şagirdlər polislər və məktəb rəhbərliyinin köməyi ilə təxliyə ediliblər.

Valideynlər bildiriblər ki, bu, 8 saylı tam orta məktəbdə tədris ili
başlayandan artıq ikinci analoji hadisəsidir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Cixisyolu.com-ın sorğusuna cavab olaraq
bildirilib ki, bununla bağlı qurumun “112” qaynar telefon xəttinə məlumat daxil
olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri
əraziyə cəlb olunublar.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı Mingəçevir şəhəri Nizami
Gəncəvi adına 8 saylı orta məktəbin 3-cü mərtəbəsinin dəhlizində quraşdırılmış
elektrik açarında qısaqapanma olduğu müəyyən olunub.

Yanğın hadisəsi qeydə alınmayıb.

Source link