c9a4ef6d-80f4-43ee-80a3-22d0ce86f739..jpg

Azərbaycanda məktəblinin mübahisədən sonra ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

Baxış sayı: 681 dəfə baxılıb.

Azərbaycanda məktəblinin mübahisədən sonra ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA –
YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tərtərdə məktəblilər arasında baş verən dava nəticəsində onlardan biri
həyatını itirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Cixisyolu.com-a verilən məlumata görə, faktla
bağlı cinayət işi açılıb:

“Mayın 6-da Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş
mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı
xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin
124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb,
hazırda ibtidai istintaq aparılır”.

10:22

Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə
nəticlənib.

APA xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında qeydə
alınıb.

9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumruqla
xəsarət yetirib. Xəsarət alan şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına
çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Source link