fc3478b3-93cf-4d00-b0c2-37e58c6cd174..jpg

Azərbaycanda məmura mənimsəməyə görə cinayət işi açıldı

Baxış sayı: 1. 000 dəfə baxılıb.

Azərbaycanda məmura mənimsəməyə görə cinayət işi açıldı

Azərbaycanda vəzifəli şəxs mənimsəmədə təqsirləndirilir.

Lent.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18
saylı Ərazi Məşğulluq Mərkəzində rəhbəri Ağayev Azər Vəkil oğlu külli miqdarda
mənimsəmədə ittiham olunur.

Məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə,
külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 18 saylı Ərazi Məşğulluq Mərkəzinə Tərtər, Bərdə, Ağdam və
Naftalan rayonları daxildir.

Source link