eff26b1c-e238-4579-b790-b61ef1a44401..jpg

Azərbaycanda mənzil üçün beh verənlər niyə pullarını geri alırlar? – VİDEO

Baxış sayı: 778 dəfə baxılıb.

Azərbaycanda mənzil üçün beh verənlər niyə pullarını geri alırlar? – VİDEO

Azərbaycanda tikilməkdə olan yeni binalarda satılan mənzillərin ya behləri
qaytarılır, ya da satış müddəti uzadılır.

Xezerxeber.az-ın məlumatına görə, Türkiyədə baş vermiş genişmiqyaslı dağıdıcı
zəlzələdən sonra ölkəmizdə yeni tikilən binalara maraq azalıb.

Əmlakçı Mülkədar Rüstəmov deyir ki, 10-15 gün əvvəl yeni tikilən binalarda
mənzil axtarışında olanlardan bu gün xəbər yoxdur. Hətta yeni binadan almaq
istədiyi mənzil üçün beh verənlər də qərarlarını dəyişiblər.

Hüseyin Ələsgərov da yeni binalardan mənzil almaq fikrindən daşınanlar
arasındadır. O, istəyinə uyğun mənzil üçün beh verdiyini deyir. Lakin
Türkiyədəki hadisələrin təsirindən mənzildən imtina etmək qərarına gəlib.

Mülkədar Rüstəmov əlavə edib ki, hazırda yeni binalardakı mənzil satışında
durğunluq yaranıb. Müştərilərin tələbləri əsasən istismara yararlı köhnə
tikililərə və fərdi yaşayış evlərinədir.

Ekspertlər psixoloji təsirlər nəticəsində son günlər ümumiyyətlə bina evlərinə
marağın azaldığını, üstünlüyün yalnız həyət evlərinə olduğunu bildiriblər. Bu
səbəbdən də hazırda mənzil bazarında satış üstünlüyü fərdi evlərdədir.

Daha ətraflı süjetdə:


Source link