Son illər ölkəmizin milli parklarına səfər edən şəxslərin və turistlərin sayında artım müşahidə olunur.
ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.
O bildirib ki, 2012-ci ildə ölkəyə milli parklara 1500-2000 turist gəlirdisə, hazırda bu rəqəm 196 min 84 nəfərə çatıb:
“Turizmin əsas qolu ekoturizmdir, bu növ səyahətin təşkil olunması həm zövq almaq, həm də maarifləndirmə üçündür. Hər bir təbiət ərazisinə səfər etmək olar, amma ekoturizm çərçivəsində səfərlər daha çox tənzimlənir və bu cür səfərlərdə təbiətə az zərər dəyir”.
H.Əlizadə qeyd edib ki, Azərbaycan ərazisinin 10.3 faizi mühafizə altındadır ki, onun da üç faizi milli parkdır.