c1547df3-394a-4abf-b4e2-8ab286ea2ee7..jpg

Azərbaycanda monitorinqlərə cəlb edilən tibb müəssisələrinin sayı AÇIQLANDI

Baxış sayı: 621 dəfə baxılıb.

Azərbaycanda monitorinqlərə cəlb edilən tibb müəssisələrinin sayı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycanın 101 tibb
müəssisəsi monitorinqlərə cəlb edilib”.

“Report” xəbər verir ki, bu barədə agentliyin icbari tibbi sığorta sahəsində
ictimai iştirakçılığı gücləndirmək, şəffaflığı təmin etmək, qurumun fəaliyyəti
barədə məlumat vermək məqsədilə jurnalistlər üçün keçirilən “Açıq qapı” günündə
məlumat verilib.

Bildirilib ki, 2023-cü ildəki monitorinqlər nəticəsində yeddi tədbir, 33 alt
tədbirdən ibarət olmaqla Təkliflər Planı hazırlanaraq TƏBİB-ə təqdim edilib.

Məlumata görə, monitorinqlərin əsas məqsədi əhalinin maneəsiz şəkildə tibbi
sığortadan yararlanmasına, xidmət keyfiyyətinin yüksəlməsinə və nəticədə
vətəndaş məmnunluğunun artmasına yönəlib.

Monitorinqlər iki istiqaməti əhatə edir. Buraya TƏBİB-in tabeliyindəki dövlət
tibb müəssisələrində icbari tibbi sığorta işinin təşkili prosesinin
qiymətləndirilməsi və sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin
keyfiyyətinin qiymətləndirilməsi daxildir.

Monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov qeyd edib ki, ötən il ərzində
aparılan monitorinq zamanı əsas götürülən meyarlar xidmətlər zərfindəki tibbi
xidmətlərin təşkili, qəbul və qeydiyyat işinin tənzimlənməsi, kompüterlərin
internetə çıxış imkanları maddi-texniki bazanın mövcudluğu və digər məsələləri
əhatə edir.

B.Məmmədovun sözlərinə görə, monitorinqin nəticələri təhlil edildikdən sonra
aşkarlanmış çatışmazlıqlar TƏBİB-ə təqdim edilir.

Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsinin müdiri Nicat Şirinovun
sözlərinə görə isə agentliyin başlıca məqsədlərindən biri əhalinin keyfiyyətli
tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir:

“Keyfiyyətli xidmət dedikdə sadəcə əsaslı təmir, müasir texnoloji
avadanlıqlar, təchizat nəzərdə tutulmur. Tibbi xidmətin keyfiyyəti dedikdə
pasiyentlərin tibb müəssisəsinə edilmiş ilkin müraciətindən, onun elektron
qeydiyyatından başlayaraq bütün müayinə və müalicə prosedurlarını özündə
birləşdirən və hər mərhələsinə nəzarət tələb edən zəncirvari mexanizm əsas
götürülür”.

N.Şirinov monitorinqin meyarlarından da danışıb:

“Keyfiyyətin yoxlanılması dedikdə tibb müəssisələrinin icra etdikləri
xidmətlərin lisenziyalarına uyğunluğunun, sığorta çərçivəsində xidmət göstərən
həkimlərin xidmətlərinin şəhadətnaməyə uyğun fəaliyyətinin dəyərləndirilməsi,
eyni sığortaolunana müxtəlif tibb müəssisələrində göstərilmiş xidmətlərin
nəticələrinin üzləşdirilməsi, icra olunan tibbi xidmətlərin sayları ilə icra
edən həkimlərin saylarının müqayisəsi nəzərdə tutulur. Görülən işlərin nəticəsi
olaraq böyük ölçüdə xəstə axınının təmin edilməsinə nail olmuşuq”.

Source link