Azərbaycanda “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlar
dəyişib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında”
qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
“Report” xəbər verir ki, yenilənmiş “Mühasibat uçotu haqqında” qanuna əsasən,
bundan sonra mühasibat uçotu sənədlərində kommersiya sirri ilə yanaşı, dövlət
sirri hesab edilən məlumat olduqda, bu məlumatların açıqlanması “Kommersiya
sirri haqqında” qanuna uyğun həyata keçiriləcək.
Yenilənmiş “Dövlət sirri haqqında” qanuna əsasən isə bundan sonra dövlət
müdafiə sifarişlərinin həcmləri, planları (tapşırıqları), silah, hərbi texnika
və digər hərbi məhsulların buraxılması və göndərilməsi (pul və ya natura
ifadəsində), onların buraxılışı üzrə mövcud güc və bu gücün artırılması
haqqında, göstərilən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib
hazırlanmasını, istehsalını, ixracını, satışını, habelə onların istehsalının,
ixracının, satışının təşkilini həyata keçirən müəssisələr və onların maliyyə
hesabatları, kooperasiya üzrə əlaqələri haqqında məlumatlar dövlət sirri
sayılacaq.
İndiyə qədər dövlət müdafiə sifarişlərinin həcmləri, planları (tapşırıqları),
silah, hərbi texnika və digər hərbi məhsulların buraxılması və göndərilməsi
(pul və ya natura ifadəsində), onların buraxılışı üzrə mövcud güc və bu gücün
artırılması haqqında, göstərilən silah, hərbi texnika və digər hərbi məhsulları
işləyib hazırlayan və ya istehsal edən müəssisələr, onların kooperasiya üzrə
əlaqələri haqqında məlumatlar dövlət sirri sayılırdı.