Cari il martın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1516,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 887,9 min nəfər, qeyri-dövlət sektorunda isə 628,6 min nəfər təşkil edib.
Bu haqda ÇıxışYolu.Com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən bildirilib ki, iqtisadiyyatın neft sektorunda 33,5 min nəfər, qeyri-neft sektorunda isə 1483,0 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,4 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,6 faizi emal sənayesində, 6,0 faizi tikintidə, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,2 faizi mədənçıxarma sənayesində, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 21,9 faizi təhsil, 19,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi istirahət, əyləncə və incəsənət, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər xidmətlərin göstərilməsi sahələrində çalışıb.