98019007-c62b-4c57-8a2b-fc765fe47ff5..jpg

Azərbaycanda nə qədər işçi ilə əmək müqaviləsi bağlanıb?

Baxış sayı: 578 dəfə baxılıb.

Azərbaycanda nə qədər işçi ilə əmək müqaviləsi bağlanıb?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il noyabr ayının 1-nə Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı 1
milyon 790,8 minə çatıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə,
4 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək
bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

Məlumatda deyilir ki, Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin
rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin
edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış
əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 388,9 min vahid
artıb.

Həmçinin qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 349 175 vahid
artaraq 889 mindən çox olub.

Source link