Azərbaycanda narkotikə görə həbs olunan 32 yaşlı qadın DANIŞDI: “Rəfiqələrimin
günahıdır” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Baku TV-də yeni layihə – “Damdakılar” verilişi efirə gedib.
Verilişdə məhbus həyatı yaşayan qadınlarla söhbət aparılacaq.
Proqramın ilk buraxılışında narkotiklərin qanunsuz saxlanması, satışı və
istifadəsinə görə yeddi il müddətinə azadlıqdan məhrum edilən 32 yaşlı Günay
Nuriyeva həyat hekayəsini danışıb.
“Qadının düşməni qadındır” deyən məhbus onu bu işə rəfiqələrinin cəlb etdiyini
deyir:
“Kişi qadına rahatlıqla demir ki, get pis yola düş, amma qadın deyir.
Rəfiqələrimin günahıdır. Heç yatsam da, yuxuma girməzdi ki, narkotikə görə
tutularam. Çünki narkotikə güclü meyilim yox idi. Elə bilirdim, bir-iki dəfə
ilə heç nə olmaz. Amma bu gün həbsdəyəm”.
G.Nuriyeva necə həbs olunmasından da bəhs edib:
“İki oğlanla tutulmuşam. Onlar “mal” götürməyə gedəndə məni də yanlarında
apardılar. Yolun yarısında qayıtmaq istədim. Dedilər ki, bizi yarı yolda
qoyursan? Bəlkə, bizi satacaqsan? Həmin sözə görə qayıtmadım. Tutulanda üstümdə
“mal” olmayıb. Sadəcə olaraq onların yanındayamsa, deməli, mən də həmin qrupun
üzvüyəm”.
O, narkotikin fəsadlarından əziyyət çəkdiyi anları da xatırlayıb:
“İki-üç gün yatırdım. Sonra durub yemək yeyib, yenidən yatırdım. Məni özümə
gəlməyə qoymurdular. Hər dəfə baxırdım ki, qarşımda yenə “patı” (metamfetamin)
var. Narkotikdən ona görə uzaqlaşa bilmirdim”.
Ətraflı süjetdə: