5fe0fd2a-55b4-463f-8ee7-f59b92c71e79..jpg

Azərbaycanda neft-qaz sektoru üzrə büdcə daxilolmaları artıb

Baxış sayı: 738 dəfə baxılıb.

Azərbaycanda neft-qaz sektoru üzrə büdcə daxilolmaları artıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə
daxilolmaları 18 milyard 156,4 milyon manat, qeyri-neft-qaz sektoru üzrə
daxilolmaları isə 17 milyard 418,4 milyon manat təşkil edib.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2022-ci ilə nisbətən müvafiq olaraq 18 % və 13,5 %
çoxdur.

Ötən il neft-qaz sektoru üzrə büdcə daxilolmalarının 11 milyard 737,6 milyon
manatı Dövlət Neft Fondundan (ARDNF) transfertlərin (əvvəlki illə müqayisədə
48,1 % çox), 6 milyard 418,8 milyon manatı isə vergi daxilolmalarının (13,9 %
az – Dövlət Neft Şirkətinin (SOCAR) vergi ödəmələri, “Azəri-Çıraq-Günəşli” neft
yataqları və “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət vergisi) payına düşüb.

Source link