Bu ilin birinci ayı ərzində Azərbaycanda qeydə alınan nikah və boşanmaların statistikası məlum olub.
Bu barədə ÇıxışYolu.Com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin birinci ayı ərzində qeydiyyat şöbələri tərəfindən 4329 nikah və 1230 boşanma halları qeydə alınıb.
Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,2, boşanmaların sayı isə 1,5 olub.