28737bbf-30ae-4895-a472-77ba61eca679..jpg

Azərbaycanda nikahdankənar doğuşlar artıb – STATİSTİKA

Baxış sayı: 598 dəfə baxılıb.

Azərbaycanda nikahdankənar doğuşlar artıb – STATİSTİKA

Dövlət Statistika Komitəsi (DSK) rəsmi qeydə alınmamış nikahda olan qadınlar
tərəfindən doğulan uşaqların sayı ilə bağlı yeni rəqəmləri açıqlayıb.

Modern.az-ın statistik məlumatlara əsasən apardığı araşdırmaya görə, son
illərdə belə uşaqların sayında azalma müşahidə edilsə də, 2022-ci ildə əvvəlki
illə müqayisədə artıb.

Belə ki, 2011-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən
doğulan uşaqların sayı 31 minə yaxın olub, növbəti illərdə azalma müşahidə
edilib. 2021-ci ildə 17 500-dən çox belə doğulan uşaq olubsa, ötən il bu
göstərici 7% artaraq 18 800-ü keçib ki, bu da diri doğulan uşaqların 15%-ni
təşkil edib. Yəni 2022-ci ildə anadan olan hər 7 uşaqdan birinin anası rəsmi
nikahda olmayıb.

Cədvəl – illər üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən
doğulan uşaqların sayı aşağıdakı kimi olub:

2012

27031

2013

25069

2014

25486

2015

24038

2016

26288

2017

22796

2018

20716

2019

21453

2020

17714

2021

17566

Statistikaya əsasən, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən
doğulan uşaqların 20%-dən çoxu Ədliyyə Nazirliyində yalnız ananın, qalanları
hər iki valideynin ərizəsi əsasında qeydiyyata alınıb.

DSK, həmçinin rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan
uşaqların kənd və şəhərlər üzrə bölgüsünü də təqdim edib. Rəsmi nikahda olmayan
qadınların dünyaya gətirdiyi uşaqların 62 faizi kəndlərdə doğulub. 1990-cı
illərdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan
uşaqların sayı şəhər yerlərində üstünlük təşkil edirdisə, 2003-cü ildən
etibarən bu göstərici kənd yerlərində daha çox olub.

Source link