6d41324e-dc42-4a8b-a464-cbb72139964d..jpg

Azərbaycanda növbədənkənar prezident seçkisində MDB missiyasına kimin rəhbərlik edəcəyi məlum olub

Baxış sayı: 508 dəfə baxılıb.

Azərbaycanda növbədənkənar prezident seçkisində MDB missiyasına kimin
rəhbərlik edəcəyi məlum olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində
MDB-dən olan müşahidəçilər missiyasına Müstəqil Dövlətlər Birliyinin (MDB) baş
katibi Sergey Lebedyev rəhbərlik edəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə MDB-nin İcraiyyə Komitəsi
məlumat yayıb.

Bildirilib ki, Lebedyevin namizədliyi MDB-yə üzv dövlətlərin birliyin
nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının
qərarı ilə razılaşdırılıb.

Qeyd olunub ki, MDB müşahidəçilər missiyası Azərbaycan Respublikası
Hökumətinin dəvəti ilə seçki kampaniyasını izləyəcək.

“MDB İcraiyyə Komitəsi Birlik ölkələrinə öz nümayəndələrinin müşahidə
missiyasının tərkibinə namizədliyini irəli sürmək xahişi ilə dəvət göndərib.
Əvvəlki kampaniyalarda olduğu kimi, missiyanın işi siyasi neytrallıq, seçki
prosesinə və dövlətin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanaraq,
ciddi şəkildə milli qanunvericiliyə uyğun olaraq həyata keçiriləcək”, – deyə
məlumatda bildirilib.

Source link