e4511a09-e0c9-4213-b875-484dde915e20.jpg

Azərbaycanda növbəti bələdiyyə seçkisinin tarixi nə zaman elan ediləcək?

Baxış sayı: 120 dəfə baxılıb.

“Azərbaycanda növbəti bələdiyyə seçkisinin keçiriləcəyi tarix noyabrın
sonunadək elan olunacaq”.

Bu barədə “Report”a açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini
Rövzət Qasımov bildirib.

MSK sədrinin müavini qeyd edib ki, Seçki Məcəlləsinin tələblərinə əsasən
bələdiyyə seçkisi Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir.

“Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc
olunur. Kollegial orqan kimi Mərkəzi Seçki Komissiyasında aparılan
müzakirələrdən sonra bələdiyyə seçkisinin keçiriləcəyi tarixin qanunvericiliyin
tələblərinə uyğun qaydada bu il noyabrın sonunadək elan olunması qənaətinə
gəlinib” – deyə, R.Qasımov bildirib.

Source link