Azərbaycanda növbəti güzəştli mənzillərin seçim prosesi başa çatıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının Hövsan qəsəbəsində, eləcə də Sumqayıt və Gəncə şəhərlərində güzəştli
satışa çıxarılan ümumilikdə 432 mənzilin seçim prosesi başa çatıb.
Cixisyolu.com xəbər verir ki, prosesin başlamasını Mənzil İnşaatı Dövlət Agentliyinin
(MİDA) aparat rəhbəri Fərman Qurbanlı qurumun təşkil etdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, vətəndaşların əksəriyyəti mənzil seçimi ərizələrini
imzalayıblar.
“371 mənzil üzrə seçim ərizələri imzalanıb, qalan mənzilər seçilib və onlar
üzrə ərizələr növbəti günün sonuna kimi imzalanıb təqdim olunacaq. Həmin müddət
ərzində onlar hər hansı texniki problem yaşayarlarsa, bizə müraciət etdikləri
təqdirdə əlaqəli qurumlar tərəfindən həmin şəxslərə yardım göstəriləcək”, –
deyə o bildirib.
F. Qurbanlı vurğulayıb ki, satış prosesinə hər hansı kənar müdaxiləyə qarşı
həm funksional, həm də təhlükəsizlik tədbirləri görülüb:
“Əyani olaraq izlədiyimizə görə seçim prosesinə heç bir kənar müdaxilə
olmayıb”.
Xatırladaq ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava
Limanı 12-ci km, 22 ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci
mərhələsi üzrə 18 mənzil, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava
Limanı-Zığ şossesi 8-ci km, 10L ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin
ikinci mərhələsi üzrə 379 mənzil, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində
yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 34 mənzil, Sumqayıt şəhəri, 41-ci
məhəllə, Zəminə Həsənova küçəsində yerləşən Sumqayıt layihəsi üzrə bir mənzil
satışa çıxarılıb.
“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların
güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin
seçimi 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr
2023-cü il tarixi saat 11:00-dək davam edəcək.