bfd8028a-8340-45a8-a105-04d7d6d3c03e..jpg

Azərbaycanda ödəniş və elektron pul təşkilatları kredit verə biləcəklər – QƏRAR

Baxış sayı: 778 dəfə baxılıb.

Azərbaycanda ödəniş və elektron pul təşkilatları kredit verə biləcəklər – QƏRAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Ödəniş təşkilatları və elektron
pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi
Qaydası”nı təsdiq edib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və
məxarici əməliyyatlarının aparılması, kredit köçürməsi, birbaşa debitləşmə,
ödəniş kartı və yaxud digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının
icrası, ödəniş alətlərinin emissiyası və ödəniş əməliyyatının ekvayrinqi
xidmətlərini birlikdə və yaxud onlardan hər hansı birini ayrılıqda göstərən
ödəniş təşkilatının nizamnamə kapitalına tələb 500 min manat, pul köçürməsi və
ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti göstərən ödəniş
təşkilatının nizamnamə kapitalına tələb 100 min manat, elektron pul
təşkilatının nizamnamə kapitalına tələb isə 750 min manat müəyyən olunub.

Hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatı üçün isə kapital tələbi
qoyulmayıb. Bu təşkilat hər 100 minə qədər ödəniş xidməti istifadəçisinə görə
özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan sığortaçıda 50
min manatdan az olmayan məbləğdə mülki məsuliyyətini sığortalamalı və yaxud
özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan kredit
təşkilatından və yaxud sığortaçıdan 50 min manatdan az olmayan məbləğdə zəmanət
almalıdır. Mülki məsuliyyət sığortasının və yaxud zəmanətin məbləği hər 6 ayın
orta istifadəçi sayına əsasən ildə iki dəfə, iyun və dekabr aylarının son iş
gününə yenidən hesablanır və tələb olunduqda 10 iş günü ərzində yenilənir.
Təşkilat mülki məsuliyyət sığortasının və yaxud aldığı zəmanətin minimal
məbləğinin hesablanması haqqında hesabatı bu Qaydaya uyğun olaraq hər il iyul
və yanvar aylarının ilk 5 iş günündən gec olmayaraq AMB-yə təqdim edir.

Həmçinin ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və
hesab üzrə məlumat xidmətinin göstərilməsi halları istisna olmaqla, təşkilat
minimum məcmu kapitala malik olmalıdır. Təşkilatın məcmu kapitalının əsas
məqsədi təşkilatın biznes strategiyasının dəstəklənməsi, daxili və xarici
mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı təşkilatın maliyyə
dayanıqlığının təmin edilməsidir.

Təşkilatın məcmu kapitalının minimum miqdarı nizamnamə kapitalının bu Qayda
ilə müəyyənləşdirilmiş minimum miqdarından və aşağıdakı qaydada hesablanan
məbləğdən az olmamalıdır. Ödəniş təşkilatının son 12 ay ərzində icra olunmuş
ödəniş əməliyyatlarının 1/12 hissəsinə bərabər olan orta aylıq ödəniş həcmi
(ÖH) hesablanır və ÖH-yə aşağıdakı cədvələ uyğun əmsallar tətbiq edilir:

AMB-nin Hüquq departamentinə bu qərarın üç gün müddətində Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi
tapşırılıb.

Source link