Azərbaycanda öldürücü hörümçəklər satışa çıxarıldı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Son günlər sosial şəbəkələrdə zəhərli tarantulların satışı həyata keçirilir.
Bəzi insanlar tərəfindən hobbi olaraq saxlanılan bu hörümçəklərin sancması
ciddi ölüm riski yaradır. Ancaq buna baxmayaraq, yenə də bu həşəratlar maraqla
qarşılanır, onları alıb evdə saxlayanlar və satışını həyata keçirənlər az deyil.
Zooloqlar bu hörümçəklərin zəhərinin yaratdığı təhlükələrin müxtəlif yaşlara
görə dəyişdiyini və ölümlə nəticələnə biləcəyini bildirirlər.
Bəs bu zəhərli həşəratların satışı və evlərdə saxlanılması qanunidir?
Hüquqşünas Emil Aslanov bildirib ki, tarantul hörümçəklərinin təbii mühitdən
götürülüb evdə saxlanılması və onlardan istifadə edilməsi qanun pozuntusudur:
“Bu hallara görə fiziki şəxslər 200 manatdan 500 manatadək, vəzifəli şəxslər
2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 7500 manatadək
cərimə olunurlar”.
Hüquqşünas onu da bildirib ki, zəhərli heyvanlara aid mini zoopark yaratmaq
üçün icazə alınmalı və sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)
tərəfindən onun yeməyi, saxlanılma şəraiti yoxlanılmalıdır. Əgər həmin şərait
heyvanların yaşaması üçün uyğundursa, o halda icazə verilə bilər.
Daha ətraflı Baku TV-nin süjetində: