Azərbaycanda “son mənzilin” qiyməti məlum oldu

Azərbaycanda “son mənzilin” qiyməti məlum oldu

Baxış sayı: 3. 542 dəfə baxılıb.

Bakıda qəbiristanlıqlarda qəbir yerləri üçün təyin olunmuş dövlət rüsumu var. Dövlət rüsumu müsəlman qəbirləri üçün 63 manat, qeyri-müsəlman qəbirləri üçün isə 79 manat təşkil edir.

ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib.

O bildirib ki, rüsuma tikinti materialının qiyməti daxil deyil:

“Tikinti materialını ya biz alıb veririk və pulunu alırıq, ya da bunu mərhumun yaxınları edir. Tikinti materialının tərkibinə 58 ədəd mişar daşı, üç kisə sement, altı ədəd Əlhəd daşı, qum və fəhlə pulu daxildir. Ümumi məbləğ bazar qiymətinə görə təyin edilir”.

S.Həsənov qeyd edib ki, insanlardan təyin olunan dövlət rüsumundan başqa ödəniş tələb olunmur. O bildirib ki, əlavə ödənişin tələb edilməsi qanunsuzdur: 

“Əgər belə hal müşahidə olunsa, vətəndaşlar Trestin “Qaynar xətti”nə, yəni 012 510-83-08 nömrəsinə zəng edə bilərlər”. 

www.ÇıxışYolu.Com