Azərbaycanda onlayn pul köçürmələri ilə bağlı yaranan problem aradan
qaldırılıb – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda onlayn pul köçürmələri zamanı yaranan problem aradan qaldırılıb.
Bu barədə “Azərikard” məlumat yayıb.
Bildirilib ki, “Azərikard” prosessinq mərkəzinin sistemində baş verən bütün
məhdudiyyətlər aradan qaldırılıb:
“Bütün fəaliyyət tam olaraq bərpa edilib”.
06.01.2024, 22:05
Azərbaycanda onlayn pul köçürmələri zamanı problemlər yaşanır.
Cixisyolu.com-ın məlumatına görə, “Azərikard” prosessinq mərkəzinin xidmət göstərdiyi
bankların ATM-lərindən, POS terminallarından və mobil tətbiqlərindən istifadə
zamanı hazırda da davam edən müəyyən məhdudiyyətlər yaranıb.
“Texniki xidmət göstərən şirkətlə birgə məsələ ilə bağlı tədbirlər görülür və
problem tezliklə həll olunacaq. Müvəqqəti narahatlığa görə üzr istəyir,
anlayışınıza görə təşəkkür edirik”, – deyə “Azərikard”dan bildirilib.