Azərbaycanda özəl pensiya fondu yaradılır – İqtisadçıdan AÇIQLAMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Özəl pensiya fonduna ödəniş könüllü olacaq”.
Bu fikri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay
Məmişov deyib.
Belə ki, vətəndaş məcburi sosial sığorta haqqı ilə yanaşı, belə fonda da
vəsait ödəyə bilər. Bəs özəl pensiya fondları əhaliyə nə qazandıracaq?
İqtisadçı Xalid Kərimli isə bildirib ki, özəl pensiya fondu işləyən şəxslər
üçün nəzərdə tutulub:
“Burada işləyən şəxslərin əlavə pensiya təminatının formalaşmasından söhbət
gedir. Bu fondun maliyyə mənbəyi işləyən şəxsin könüllü surətdə öz
əməkhaqqısından əlavə ödənişləri əsasında formalaşacaq. Burada məcburilik
yoxdur. Fond həmin pulları risksiz dövlət sənədlərinə yatıracaq. Vətəndaş
təqaüdə çıxanda artıq dövlətin kəsdiyi pensiyadan əlavə vəsait almaq
imkanlarına malik olacaq”.
İqtisadçı Rəşad Həsənov hesab edir ki, qanunun hazırlanması hələ özəl fondun
yaradılacağı demək deyil. Onun sözlərinə görə, ölkədə özəl pensiya fondlarının
yaradılması üçün şərait formalaşmayıb.
Ətraflı Baku TV-nin süjetində: