Azərbaycanda partiya sədrinin müavini komaya düşdü

Azərbaycanda partiya sədrinin müavini komaya düşdü

Baxış sayı: 2. 079 dəfə baxılıb.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli COVID-19 xəstəliyinin təsirindən komaya düşüb, həyat yoldaşısa dünyasını dəyişib.

Bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat paylaşıb.

O bildirib ki, A. İsmayılbəyli koronavirusdan əziyyət çəkir: “Onun həyat yoldaşı Mərziyyə xanım COVİD-19-dan dünyasını dəyişib. Hazırda Arif bəy özü koronavirusla mübarizə aparır, komadadır”.

Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.