Azərbaycanda partiyanın məsul şəxsi saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sosial şəbəkələrdə AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin
saxlanması ilə bağlı məlumatlar yayılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən
S.Məmmədzadə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları
tərəfindən saxlanılıb.
Fakta görə cinayət işi qaldırılıb, istintaq hərəkətləri davam etdirilir.