d1f03032-23b4-4b77-bc09-a8df1729bf3a..jpg

Azərbaycanda pensiyaçıların sayı azalır – ARAŞDIRMA + VİDEO

Baxış sayı: 643 dəfə baxılıb.

Azərbaycanda pensiyaçıların sayı azalır – ARAŞDIRMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda pensiyaçıların sayı azalır.

2023-cü ilin əvvəlində pensiyaçıların sayı 1 milyon 114 min 200, bu ilin
müvafiq dövründə isə 1 milyon 96 min təşkil edib. Yəni bir il ərzində
pensiyaçıların sayı 18 min 200 nəfər azalıb.

Bu tendensiya davam edərsə, ölkədə pensiya yaşı da azaldıla bilərmi?

Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirir ki, komitədə
sosial sahədəki dəyişikliklər barədə mütəmadi müzakirələr aparılır və müvafiq
təkliflər hazırlanır. Yəni Pensiya sahəsində islahatların dərinləşməsi gündəmdə
olan məsələlərdəndir.

Millət vəkili deyir ki, xanımlarla kişilərin orta aylıq əməkhaqqı arasında
fərq mövcuddur. Ona görə də, pensiya yaşının differensial olaraq
müəyyənləşdirilməsi təklif edilir.

Vüqar Bayramov bu istiqamətdə maliyyə yükünün hesablanmasını və islahatların
genişləndirilməsini məqsədəuyğun hesab edir.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:


Source link