73e8ecdb-0aae-4419-a55a-c1687ff977b7..jpg

Azərbaycanda polkovnik məhkəməyə VERİLDİ – FOTO

Baxış sayı: 733 dəfə baxılıb.

Azərbaycanda polkovnik məhkəməyə VERİLDİ – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təqaüddə olan polkovnik məhkəməyə verilib.

“Unikal”ın məlumatına görə, Rasim Əli oğlu İldırım mülki hüquq pozuntuları ilə
əlaqədar Məmmədov Bəhruz Əfruz oğlu tərəfindən məhkəməyə verilib.

Məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsinin hakimi Akif İsgəndərovun
sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, Rasim İldırım Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında
Polis İdarəsinin rəis müavini olub, polis polkovnikidir.

Qeyd edək ki, Rasim İldırımın bir qardaşı Xətai rayonunun keçmiş prokuroru
Yusif İldırımzadə, digər qardaşı isə ləğv olunmuş “Əmrah” Bankın təsisçisi
Yunus İldırımzadədir.

Rasim İldırım əsasən Beynəlxalq Universitetin kecmiş rektoru Elşad
Abdullayevin onunla çəkdiyi videogörüntü ilə gündəmə gəlmişdi.

Source link