Azərbaycanda prezidentliyə daha bir namizədin adı açıqlandı – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Keçmiş Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin
prezidentliyə namizədliyi irəli sürülüb.
Fuad Əliyev APA-ya açıqlamasında deyib ki, seçkilərdə müstəqil namizəd kimi
iştirak edəcək.
O əlavə edib ki, “Vətəndaş Birliyi” Seçki Qərargahı yaradılıb. Qərargaha isə
Xəzər Teyyub rəhbərlik edəcək.
11:09
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin növbədənkənar
Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.
Bu barədə partiyanın bu gün keçirilən iclasında qərar qəbul edilib.
Bununla da Azərbaycanda növbədənkənar Prezident seçkilərinə namizədlərin sayı
6-ya çatıb.
10:46
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət
Həsənquliyevin növbədənkənar prezident seçkisində iştirak etmək üçün
namizədliyi irəli sürülüb.
Bu barədə “Report”a BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı partiyanın İdarə Heyətinin bugünkü
iclasında qərar qəbul olunub.
Bununla da Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident
seçkisində namizədliyini irəli sürən şəxslərin sayı beşə çatıb.
Qeyd edək ki, dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə
Heyətinin genişləndirilmiş iclasındaİlham Əliyevin prezidentliyə namizədliyinin
irəli sürülməsi barədə qərar qəbul edilib.
Dekabrın 16-da isə Böyük Quruluş Partiyasının (BQP) Ali Məclisinin qərarı ilə
partiya sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc da
namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev növbədənkənar prezident
seçkisində iştirak etmək üçün namizədliyini irəli sürüb. O, sənədlərini
dekabrın 19-da Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.