Azərbaycanda professor məhkəmə zalında həbs edildi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Milli Elmlər Akademiyasının professoru, Beynəlxalq Terrorçuluğa və
Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Novruz oğlu
Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun
sədrliyi ilə keçirilən iclasda hökm elan edilib.
Hökmə əsasən, təqsirləndirilən Rövşən Vəliyev 6 il azadlıqdan məhrum edilib.
O, məhkəmə zalında həbs edilib.
Ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla
törədildikdə) maddəsi ilə ittiham edilib.
Qeyd edək ki, ittihama görə R.Vəliyev dələduzluq yolu ilə 80 min manatdan çox
pulu ələ keçirib.
Xatırladaq ki, Rövşən Vəliyev 2007-ci ildə də dələduzluq, mənimsəmə ittihamı
ilə həbs olunmuşdu.