Azərbaycanda pul bazası 15% artıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu günə Azərbaycanda pul bazası 20 milyard 396,4 milyon manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, bu, fevralın 1-i ilə müqayisədə 1,3% çoxdur.
Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 2,3% azalıb, son bir ildə isə 15,3%
artıb.