Azərbaycanda pul bazası artıb

Baxış sayı: 3. 836 dəfə baxılıb.

Azərbaycanda pul bazası bu il aprelin 1-nə 9 mlrd. 471 mln. manat təşkil edib.

ÇıxışYolu.Com Mərkəzi Banka istinadən xəbər verir ki, mart ayının 1-nə bu rəqəm 9 mlrd. 180.6 mln. manat olub. 

Bu da aprel ayında pul bazasının 3,16% – 290,4 mln. manat artması deməkdir. 

İlin əvvəlində isə bu rəqəm 8543.2 mln. manat olub. Üç ayda pul bazası 927,8 mln. manat və yaxud 10,86%, son 1 ildə isə 2 mlrd. 193,5 mln. manat artıb.

.
www.ÇıxışYolu.Com