8fcb1773-3fa2-4269-972d-f014e6ec0038..jpg

Azərbaycanda pul nişanlarının üzərində yeni imza – FOTO

Baxış sayı: 681 dəfə baxılıb.

Azərbaycanda pul nişanlarının üzərində yeni imza – FOTO

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Tahir oğlu Kazımovun imzasının
əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları 18 sentyabr 2023-cü il
tarixindən etibarən tədavülə buraxılır.

Bu barədə AMB-dən bildirilib.

Məlumata görə, imza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilib.
Həmçinin, kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilib.

Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri
hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq
dəyişməz saxlanılıb.

Qeyd edək ki, yenilənmiş 1 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan
eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq. Banknotun ön
və arxa tərəfinin təsvirləri əlavə olunur.

Source link