2933645a-3e34-4083-8406-6338f8d50ff5..jpg

Azərbaycanda pullarını ala bilməyən futbolçular meydana çıxmadılar, oyun baş tutmadı – YENİLƏNİB

Baxış sayı: 511 dəfə baxılıb.

Azərbaycanda pullarını ala bilməyən futbolçular meydana çıxmadılar, oyun baş
tutmadı – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

I Liqada V turun bu gün keçirilməli olan “İmişli” – “İrəvan” görüşü qonaq
komandanın oyuna gəlməməsi səbəbindən baş tutmayacaq.

Bu barədə Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.

Bildirilib ki, qarşılaşma ilə bağlı yekun qərar AFFA İntizam Komitəsi
tərəfindən veriləcək.

Qeyd edək ki, “İrəvan” futbolçuları məvaciblərini ala bilmədikləri üçün səfərə
yollanmaqdan imtina ediblər.

13:02

“İrəvan” klubunun futbolçuları Azərbaycan I Liqasının V turunda “İmişli” ilə
səfər oyununa çıxmayacaqlar.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, komandanın oyunçuları qarşılaşmanı boykot
ediblər.

Buna klubun futbolçulara məvacibləri ödəməməsi səbəb olub. Daha əvvəl
maaşların ödənməməsinə görə məşqə çıxmaqdan imtina edən oyunçular bu dəfə oyunu
boykot ediblər.

Klub son olaraq komandaya yarım ayın məvaciblərini ödəməyi təklif edib. Ancaq
onlar bütün borcların bağlanmasını istəyiblər. Oyunçulara avqust və sentyabrın
məvacibləri ödənməyib.

Rəhbərliyin tələbə müsbət yanaşmamasından sonra futbolçular səfər oyunu üçün
İmişliyə getməmək qərarına gəliblər. Qarşılaşma bu gün saat 15:00-da
başlanmalıdır. Lakin komanda İmişliyə yollanmayıb.

Problem həll edilməyəcəyi təqdirdə futbolçular qarşıdakı görüşləri də boykot
etməyi planlaşdırırlar. Onlar məvaciblərin tam ödənməsini, zədəli oyunçuların
əməliyyat xərclərinin qarşılanmasını, futbolçular üçün yaxşı məşq və istirahət
şəraitinin yaradılmasını tələb edirlər.

Qeyd edək ki, dörd turdan sonra 10 xal toplayan “İrəvan” I Liqanın turnir
cədvəlində vahid liderdir.

Vaqif Verdiyev

Source link