0d647609-bb51-4fa1-b7c9-2be239b0041d..jpg

Azərbaycanda qəbir daşlarının “dodaq uçuqladan” qiymətləri – VİDEO

Baxış sayı: 496 dəfə baxılıb.

Azərbaycanda qəbir daşlarının “dodaq uçuqladan” qiymətləri – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

3000, 5000, 7000 manat…

Xezerxeber.az xəbər verir ki, istəkdən asılı olaraq isə daha bahalı qəbir
daşları sifariş edilir.

Qəbir daşlarının qiyməti sözün əsl mənasında “dodaq uçuqladır”.

Buna səbəb bəzi qranit və mərmərlərin xarici ölkələrdən gətirilməsidir. Bu
işlə məşğul olan müəssisələrdən birinin direktoru Anar Qafarov deyir ki, mərmər
və qranitlər əsasən ölkəyə Avropa ölkələrindən, Ukrayna, Türkiyə, İran və
Hindistandan gətirilir.

Qiymətlər də daşın istehsal olduğu ölkələrə görə dəyişir.

A.Qafarov deyir ki, faktiki olaraq ən çox tələb Ukrayna istehsalı olan
daşlaradır. Qəbir daşları əsasən dəst sifariş edilir

Yerli daşlar isə nisbətən ucuzdur. Elə buna görə də, ən çox tələb yerli
istehsal olan daşlaradır.

Onun sözlərinə görə, bəzən vəfat edən şəxslərin yaxınları qəbirüstü abidə
sifariş edir. Bu zaman qiymətlər daha baha olur.

A.Qafarov onu da qeyd etdi ki, bəzən abidə üçün 50 min manata qədər pul
xərcləyənlərə də rast gəlinir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Source link