Azərbaycanda qadın çatışmazlığı gözlənilir

Azərbaycanda qadın çatışmazlığı gözlənilir

Baxış sayı: 2. 441 dəfə baxılıb.

Azərbaycanda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meyilinin növbəti illərdə də davam etmə ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” adlı pilot layihənin yekun konfransında çıxışı zamanı deyib.

O, uşaqların cinsə görə nisbətinin pozulmasını zorakılığın bir forması kimi qiymətləndirərkən vurğulayıb ki, belə münasibət qadına, onun sağlamlığına, doğulmayan qızlara qarşı zorakılıqdır.

Eyni zamanda, ailədaxili münasibətlərdə yaranan problemlərdən biri də uşaqların cinsi ayrıseçkiliyə məruz qalmasıdır.

Komitə təmsilçisi əlavə edib ki, hazırda  dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır:

“Hamiləliyin süni şəkildə pozulması faktı inkişaf etmiş ölkələrdə il ərzində 28 milyon, inkişaf etməkdə olan ölkələrdə  isə il ərzində 182 milyondur. Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb və əhali arasında cinsi nisbət, demək olar ki, bərabərləşib. Hazırda əhalinin 49.9 faizini kişilər, 50.1 faizini isə qadınlar təşkil edir”.

www.ÇıxışYolu.Com