08288e03-2ed0-4605-b21f-76e4c06a83ac..jpg

Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu – FOTO

Baxış sayı: 662 dəfə baxılıb.

Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların
mövcudluğunun daha bir sübutu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Naxçıvan şəhərindəki Tunc dövrünə aid məzarlıqda aparılan son
arxeoloji tədqiqatlar nəticəsində silahlarla bir yerdə dəfn edilmiş qadınların
qalıqlarının olduğu qəbirlər aşkar edilib. Onların yanında iti ox ucları, tunc
xəncər və gürz olub.

Bu barədə “The Observer”də dərc olunan məqalədə bildirilir.

Tədqiqat müəllifləri qeyd edirlər ki, qadınların qalıqlarında uzun müddət yay
və oxlardan istifadənin aydın əlamətləri var ki, bu da onların döyüşlərdə fəal
iştirakını göstərir. Dırnaqların deformasiyasının gərgin atış məşqləri
nəticəsində yarandığı güman edilir. Bundan əlavə, sümüklərdə yəhərdə uzun
müddət oturmağın əlamətləri görünüb, bu isə amazon qadınlara xas olan at
sürməyi göstərir.

Arxeoloqlar belə qənaətə gəliblər ki, bunlar 4000 il əvvəl yaşamış amazon
qadınlar ola bilər.

“Bu, qədim Yunanıstanın mif və əfsanələrinin arxasında həqiqətin olduğunu
göstərir”, – deyə tarixçi Bettani Hyuz bildirib.

Yeri gəlmişkən qeyd edək ki, amazonların Azərbaycanda yaşamaları haqqında əsas
məlumatları Strabon “Coğrafiya” əsərində verib:

“Albaniyanın yuxarı dağlarında amazonlar yaşayır. Bu yerlərlə yaxşı tanış olan
Skepsiyalı Metrodor və Qipsikart iddia edirlər ki, amazonlar Qafqaz dağlarının
Keravn adlanan Şimal ətəklərində Qarqarlarla qonşuluqda yaşayırlar. Amazonlar
bütün vaxtlarını özləri üçün istifadə edirlər, yer şumlayır, bağçılıq,
mal-qara, xüsusilə, atlara qulluq etmək kimi mühüm işlər görürlər. Amazonlar at
belində ovla və hərbi təlimlə məşğul olurlar”.

Source link