Azərbaycanda qadın siqareti keçmiş sevgilisinin dodağında söndürdü: Cərimə
olundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda keçmiş sevgilisini çılpaq soyundurub, evdən qovan qadınla bağlı
məhkəmə qərar verilib.
“Qaynarinfo” nun məlumatına görə, hadisə Qazaxın kəndlərindən birində baş
verib.
Belə ki, rayon sakini Rövşən Kəlbiyev (soyad şərti) 1984-cü il təvəllüdlü
Vüsalə adlı qadınla sevgi münasibətində olub. Sonradan aralarında yaranmış
mübahisələrə görə ayrılıblar.
Vüsalə Rövşənin rayonda onun barəsində nalayiq ifadələr işlətdiyini eşidib.
Bundan qəzəblənən qadın onun üçün bozartma bişirdiyini və təcili evə gəlməyini
xahiş edib. Rövşən də qadının dediklərinə inanaraq taksi ilə Vüsalənin evinə
gedib. Qadın ona çay süzüb və evin giriş qapısını bağlayıb-bağlamadığını
soruşub, o da qapını bağladığını deyib.
Bundan sonra Vüsalə Rövşəni yerə yıxaraq şalvarın kəmərini çıxarıb və boynuna
dolayıb. Vüsalə əvvəlcədən evə çağırdığı Adil adlı tanışı ilə onun ayaqlarını
şərflə bağlayıb. Vüsalə Rövşənin əvvəlcədən yandırdığı siqareti kül qabından
götürərək, onun dodağına basıb. Bir daha onun ünvanına rayonda ağır ifadələr
işlətməməsini tələb edib.
Bundan sonra Rövşən çılpaq vəziyyətdə Vüsalənin yaşadığı evdən çıxaraq hadisə
yerindən uzaqlaşıb. Baş verən hadisə ilə bağlı polisə məlumat verib və qadın
barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib
edilib. İş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Vüsalə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə
təqsirli bilinib və 500 manat məbləğində cərimə edilib. Cinayət işində adı
hallanan Adil adlı şəxslə bağlı hər hansı qərarın verilib-verilməməsi məlum
deyil.