5554d6a4-2156-4154-8e39-1a8164101022..jpg

Azərbaycanda qayınana və qayınatanın ailəyə müdaxiləsi məişət zorakılığı sayılacaq

Baxış sayı: 640 dəfə baxılıb.

Azərbaycanda qayınana və qayınatanın ailəyə müdaxiləsi məişət zorakılığı
sayılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məişət zorakılığında ərin yaxın qohumlarının qadınlara qarşı zorakılıq
faktları müşahidə edilir”.

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

O bildirib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna
təklif edilən dəyişiklə gələcəkdə qayınana, qayınata kənardan ailəyə müdaxilə
edəcəkcə, bu, məişət zorakılığı hesab ediləcək.

Şöbə müdiri diqqətə çatdırıb ki, bu gün boşanmaların əsas səbəblərindən biri
ailələrə edilən kənar müdaxilələrdir:

“Bəzən dövlət orqanları boşanmaq istəyən tərəfləri barışdırmaq istəsə də,
sonda yaxşı effekt vermirdi. Bəzi ərazilərdə hətta səhəri gün qətl hadisələri
törədilirdi”.

Source link