9474530a-8c54-48ae-b66e-b8947e7847f6..jpg

Azərbaycanda qeyri-ticari sektorda daxilolmalar 30 milyard manata yaxın olub

Baxış sayı: 693 dəfə baxılıb.

Azərbaycanda qeyri-ticari sektorda daxilolmalar 30 milyard manata yaxın olub

2023-cü ilin III rübündə Azərbaycanda maliyyə axını 36,9 milyard manat təşkil
edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,3% çoxdur.

Mərkəzi Bankın məlumatına görə, cari ilin III rübündə ödəniş daxilolmalarında
qeyri-ticari sektorun üstünlüyü davam edib. Ticari sektorda ödəniş
daxilolmaları ümumi daxilolmaların 19,4%-i təşkil etməklə 7,2 milyard manat,
qeyri-ticari sektorda isə 80,6% təşkil etməklə 29,7 milyard manat olub.

Qeyd edək ki, bütövlükdə, ötən rüblə müqayisədə cari ilin üçüncü rübündə
ticari sektor üzrə iqtisadi aktivlik indeksində azalma, qeyri-ticari sektor
üzrə isə artım dinamikası müşahidə edilib.

Source link