3a0708f8-b256-4f1d-97ef-115b49bc1508..jpg

Azərbaycanda qızıl bahalaşacaq – Ekspertdən PROQNOZ + FOTO

Baxış sayı: 913 dəfə baxılıb.

Azərbaycanda qızıl bahalaşacaq – Ekspertdən PROQNOZ + FOTO

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir unsiyasının qiyməti 0,77 faiz
artaraq, 1 854,6 ABŞ dollarına bərabər olub. Keçirilən hərrac nəticəsində
gümüşün bir unsiyasının qiyməti isə 1,61 faiz artaraq, 21,24 dollar təşkil edib.

Qızıl və gümüşün qiymətindəki artım Azərbaycanın qızıl bazarına necə təsir
edəcək?

Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri
Rəşad Həsənov bildirib ki, dünya bazarında qızıl və gümüşün qiymətinin artması
ilə onun Azərbaycanın zinət əşyaları bazarında da əksini qismən də olsa
tapacağını müşahidə edəcəyik:

“Azərbaycan bazarının maraqlı xüsusiyyəti var. Azərbaycan bazarı böyük deyil.
Ona görə də bu bazara məhsulların daxil olma tempi zəifdir. Ay ərzində iri
təchizatçılar cəmi 5-10 dəfə məhsul gətirir. Dünya bazarında qiymət artımı baş
verəndə onu özlərinin satış qiymətinə tez sirayət etdirirlər.

Digər tərəfdən, zinət əşyaları bazarında qiymətin formalaşmasında başqa
faktorlar da rol oynayır. Əhalinin alıcılıq qabiliyyəti, mövsümi, qeyri-mövsümi
dövrlər. Ölkədə Ramazan və Məhərrəmlik ayında tələb kəskin şəkildə aşağı enir.
Qiymətlərin aşağı düşmə tempi bazara bahalaşma ilə müqayisədə daha gec sirayət
edir.

Bahalaşma xüsusən də xam qızılın qiymətinə daha çevik şəkildə reaksiya verir.
Çünki ölkəmizdəki bazar iştirakçıları Türkiyə bazarı ilə qarşılıqlı əməkdaşlıq
şəklində fəaliyyət göstərir. Son 3 ayda xam qızılın qiymətində 4 faizlik
bahalaşma baş verib. Amma dünya bazarında baş verən son bahalaşma fonunda
ölkəmizdə xam qızılın qiymətində təxminən 1 faizlik artım baş verə bilər. Zinət
əşyaları bazarında isə qiymət artımı daha aşağı səviyyədə olacaq. Çünki hazırkı
şərtlər daxilində, sürətli inflyasiya fonunda lüks kateqoriyalı məhsullara
tələb zəifləyir. Ona görə ola bilsin, zinət əşyaları bazarında qiymət artımı
olsa da, 0,5 faizdən çox olmayacaq”.

Source link